Bakıda 10 yaşlı şagird qızılcadan öldü
Noyabr 30
13:15
2023
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda məktəblinin ölümü ilə bağlı məlumat yayıb.
TƏBİB-dən Qaynarinfo-ya bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanından bu gün saat 04:26 radələrində çağırış daxil olub.
"Təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb. Qeyd edək ki, şəxsin ölüm səbəbini tibbi ekspertiza, pataloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür", deyə məlumatda bildirilib.
Qeyd edək ki, vəfat edən şagird Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbin 4-cü sinif şagirdi olub. Məktəbin direktoru Laçın Hüseynli şagirdin qızılca xəstəliyindən vəfat etdiyini bildirib.

Qlobal.az