Bakı yollarında indiyədək rast gəlmədiyimiz tıxaclar yaranacaq
Sentyabr 05
14:07
2022
"Yeni dərs ili başladıqdan sonra paytaxt Bakının yollarında son illər rast gəlmədiyimiz tıxaclara şahidlik edəcəyik”.
Qaynarinfo xəbər verir ki, bunu nəqliyyat esperti Ərşad Hüseynov deyib. Ekspert aşağıdakı məqamlara diqqət etməyin vacibliyini vurğulayıb:
"- paytaxt metropoliteni genişlənmir, demək olar ki, yerində sayır (8-10 ilə bir stansiyanın istismara verilməsi yerində saymaq kimi bir şeydir);
- paytaxtın ictimai nəqliyyatının bel sütunu olan avtobuslarla sərnişin daşıma çox ciddi iqtisadi, texniki və təşkilati böhran yaşayır. Belə davam etsə, dövlətin ciddi dəstəyi və müadxiləsi olmasa, bu sektorun çöküşü çox uzaqda deyil;
- taksi aqreqatorları "hər kəsi ucuz qiymətə biz daşıyacağıq” devizini açıq səsləndirirlər. İlk baxışdan cazibədar, lakin Bakı kimi iri şəhərdə reallıqdan uzaq olan bu ideya son illərdə taksi minik avtomobillərinin sayının dəfələrlə artmasına gətirib çıxarıb;
- ictimai nəqliyyatla qane olmayan, çox vaxt ona əli çatmayan və "ucuz taksi” şüarının keçici olduğunu bilən insanlar bütün imkanlarını səfərbər edərək fərdi avtomobil əldə etməkdədirlər. Köhnə, bəzən yarasız avtomobil sahibləri isə ondan bərk-bərk yapışıblar ki, yollarda qalmasınlar. Əslində, fərdi avtomobillərin artması qorxulu deyil, çünki bu, firavanlıq, maddi rifahın yüksək olması deməkdir (inkişaf etmiş ölkələrdə belədir). Amm bizim dərdimiz odur ki, fərdi avtomobil nəinki ailənin, hətta bəzən qohum-qonşunun yeganə yerdəyişmə vasitəsi olur. Bu səbəbdən az qala hər kəsin avtomobili hər gün küçədə olur;
- velosipedin real mobillik (yerdəyişmə) vasitəsinə çevirilməsi istiqamətində isə sadəcə söz-söhbət var;
- tıxac yaradan digər səbəblər (müəyyən yerlərdə hərəkətin təşkilindəki qüsurlar, qanunsuz parklanma, bəzən elementar mədəniyyətsizlik və s.) də yerində qalır”.
Ərşad Hüseynov bildirib ki, belə mənzərə fonunda tıxaclar qaçılmaz olur:
"Nəticədə vaxtımız (ömrümüz), pulumuz, əsəblərimiz, əmək qabiliyyətimiz və s. yollarda xərclənir... Ən kədərlisi odur ki, hansısa dövlət qurumunun bu bəlanı həll etmək istiqamətində aydın fəaliyyət planı, ideyası yoxdur (varsa da, cəmiyyətə məlum deyil). Təbii ki, belə ola bilməz. Bu istiqamətdə real ciddi işlər görmək lazımdır”.