Bakı və Yerevan erməni diversantla bağlı danışıqlara başladı
Avqust 25
12:45
2020
Azərbaycanın Goranboy rayonu istiqamətində diversiyaya cəhd edən zaman əsir düşən erməni zabitlə bağlı danışıqlar başlayıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qırmız Xaç Komitəsi Qurgen Alaverdyanla bağlı Bakı və Yerevan arasında vasitəçilik edir.
Məlumatı təşkilatın Yerevan ofisinin rəhbəri Zara Amatuni də təsdiqləyib.
"Qarşıdakı addımlar danışıqların nə dərəcədə uğurlu olmasından və onu ziyarət edə bilmək imkanımızdan asılı olacaq. Dialoqda əsas məqsəd hərbçinin sağlıq durumun müəyyən etmək və ailəsi ilə əlaqə yaratmaqdır”- deyə o deyib.



