SON XƏBƏR

Bakı təhsil idarəsinin "şefi" kim olacaq? - Akademikin oğlunun da şanslı namizəd olduğu deyilir (FOTO)

Noyabr 17
07:10 2023
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsi iki aydır vakantdır. 
 
Qlobal.az xəbər verir ki, təhsil dövründə paytaxt təhsilinin rəhbərsiz qalmasına səbəb bu kreslo uğrunda aparılan gizli mübarizədir. 
 
Əldə etdiyimiz məlumata görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə daha bir şanslı namizəd var. 
 
Bu, 2021-ci ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsində çalışan Orxan Kərimovdur. 
 

  
2012-2017-ci illərdə SOCAR-ın müxtəlif idarələrində mühasib və iqtisadçı, 2017-2020-ci illərdə "Deloitte” şirkətində auditor vəzifəsində işləyib. 2020-ci ildə Azərbaycan Respublikası Təhsil İnstitutunun Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.
 
Qeyd edək ki, Orxan Kərimov akademik Teymur Kərimovun oğludur. 
 
Təhsil kluarlarında səslənən iddialara görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə digər şanslı namizəd Xəyalı Əhmədzadər. X.Əhmədzadə də 2021-ci ildən İdarədə müdir müavini çalışır.
 
Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva oktyabr ayının 6-da vəzifədən azad edilib.
 
Qlobal.az






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook