SON XƏBƏR

Bakı Təhsil İdarəsinin müdiri kim ola bilər?

Oktyabr 09
09:04 2023
Bakı Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın ötən həftə vəzifəsindən azad edilməsindən sonra bu vəzifyə kimin təyin ediləcəyi ciddi müzakirə mövzusuna çevrilib. 

Hətta bəzi qrupların öz adamlarını bu vəzifədə görmək üçün hərəkətə keçdiyi də bildirilir. 
 
Qlobal.az Elm və Təhsil nazirliyindəki mənbədən bəzi məlumatlar əldə edib. 
 
Məlumata görə Bakı Təhsil İdarəsinin müdiri vəzifəsinə ən şanslı namizəd hazırda bu idarədə müdir müavini vəzifəsini tutan Xəyalə Əhmədzadədir. 
 
X. Əhmədzadənin yaxın günlərdə bu vəzifəyə təyin ediləyi bildirilir. 
 
Xəyalə Əhmədzadə elm və təhsil naziri Emin Əmirullayevin əmri ilə 2021-ci ilin mart ayında Bakı şəhər Təhsil İdarəsinin müdir müavini vızifəsinə təyin edilib. 
 
O, bundan əvvəl Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor vəzifəsində çalışıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook