Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlində - Dəyişiklik
Oktyabr 19
08:37
2015
Bu gündən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik qüvvəyə minir.
Qlobalinfo Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinə istinadən xəbər verir ki, son vaxtlar artan sərnişin sıxlığını və sərnişinlərin təkliflərini nəzərə alaraq, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının intensivliyi artırılıb, reyslər arasındakı intervallar azaldılıb.
Bundan sonra elektrik qatarları gün ərzində 20 reys edəcəklər. Bu reslərdən 10-u Bakı-sərnişin stansiyasından Sumqayıt istiqamətinə, digər 10-u isə əks istiqamətə hərəkət edəcəklər.
Beləliklə, Oktyabrın 18-dən etibarən Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 05:00, 05:20, 05:35, 05:50, 08:30, 16: 00, 17:35, 18:30, 19:00 və 19:50-də, Sumqayıt sərnişin stansiyasından 07:00, 07:30, 07.45, 08: 00, 09:30, 17:10, 18:40, 20:00, 20:50 və 21.20-də yola düşəcək.
Hər şənbə, bazar və bayram günləri, sərnişin sıxlığı az olduğuna görə, Baki sərnişin stansiyasından saat 05:00-da və 05:20-də, Sumqayıt sərnişin stansiyasından isə saat 07:00-da və 07:30-da yola düşən elektrik qatarları hərəkətdə olmayacaq.