Rəşad Tağıyev və ətrafına toplaşanların narazılıq yaratdığı iddia edilir
Dekabr 16
11:45
2019
"Azərbaycan təhsil sisteminin sağalmayan yarası sayılan və hal-hazırda Bakı şəhər Təhsil İdarəsində gündəlik iş prinsipinə çevrilən rüşvətxorluq və korrupsiya faktları artıq nəzarətdən çıxıb".
Belə bir iddia sosial şəbəkələrdə yayılıb.
Qlobal.az xəbər verir ki, iddialara görə Rəşad Tağıyevin idarəyə rəhbər təyin olunmasından sonra burada anarxiya, hərc-mərclik hökm sürür, məktəblərin yağmalanması prosesi sürətlənir.
Tez-tez yoxlamalar adıyla məktəblərə edilən reydlər zamanı direktorlardan haqq tələb olunduğu iddia olunur. Təbii ki, bütün bunların da əsas zərbəsi son nəticədə müəllimlərə və ümumilikdə təhsilə dəyir.
Paylaşılan məlumatlara görə, bilavasitə R.Tağıyevin göstərişi ilə İdarənin daxili nəzarət şöbəsinə yoxlamaların nəticələri olaraq böyük məktəblərin direktorlarını işdən azad etmək funksiyası tapşırılıb: "Vəziyyət o qədər dözülməz haldadır ki, məktəb direktorları artıq işləmək istəmir, sadə dillə desək başını götürüb qaçmaq istəyir".
"R.Tağıyevin "xeyir duası” ilə aparılan bu "yoxlama" siyasəti ciddi narazılıqlar formalaşdırır. Daxili nəzarət şöbəsi əslində nəzarətsizlik şöbəsinə çevrilib", - məlumatda deyilir.
Bakı şəhər məktəblərində direktorların vəzifədən azad olunması və yenilərin vəzifəyə təyin olunması, müəllimlərin yerləşdirilməsi, birinci siniflərin komplektləşdirilməsi və digər sahələrdə rüşvətxorluq tüğyan edir. Bu gün BŞTİ sanki paytaxtın təhsil sektorunu məhv etmək üçün fəaliyyət göstərir. Zəngin ənənələri olan Bakı təhsilində bu gün sanki bazar açılıb. İddialara görə BŞTİ-nin rəhbərliyində toplaşan şəxslər bir-birinə düşmən münasibət bəsləyən "rəqiblər”dir. İlk baxışda vahid komanda təsiri bağışlasalar da əslində bir-birini məhv etməyə hazır olan bu şəxslər mümkün olduğu qədər çox qazanmaq üçün bütün vasitələrdən istifadə edirlər. Bu gün BŞTİ intriqalar yuvasına çevrilib. Müxtəlif maraqların toqquşduğu idarədə bir neçə qruplaşma arasında amansız rəqabət və mübarizə gedir. Qarşı tərəfi sıradan çıxarmaq üçün bütün vasitələrdən istifadə edən qrupların savaşında isə Bakının təhsil sistemi sıradan çıxır. Daha çox qazanmaq uğrunda açıq rəqabət aparan bu qruplaşmaların fəaliyyəti nəticəsində Bakı məktəbləri rüşvət burulğanında məhv olmaqdadır.
R.Tağıyev onun tələblərinə cavab verən şəxsləri mümkün qədər öz ətrafına toplamaqla məşğuldur. R.Tağıyevin müavini İlhamə Abdullayeva, Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, direktorların qəniminə çevrilən Sərxan Rzayev konkret olaraq bu gün dövlətin təhsil siyasətini aparmaq əzmində deyillər.
Təhsil sahəsində 200 saylı məktəbdən idarədə yüksək vəzifəyə gətirilən Fuad Babayev R.Tağıyevin bilavasitə "qara kassası” rolunu oynadığı deyilir.

"Cənab Prezidentin, Mehriban xanımın yüksək diqqət ayırdığı təhsil siyasəti BŞTİ tərəfindən yerlərdə sürünür, korrupsiyanın və rüşvətin qurbanına çevrilir. Ölkədə ciddi islahatların aparıldığı bir zamanda bu qədər arxayınlıqla hərəkət etmək, rüşvəti gündəlik iş prinsipinə çevirmək anlaşılan deyil. Adlarını çəkdiyimiz şəxslər sanki qəsdən ciddi narazılıq formalaşdırırlar. Seçkilərin keçirildiyi, siyasi atmosferin çox həssas olduğu bu anlarda dövlətə və onun təhsil siyasətinə qarşı bu qədər narazılıq formalaşdırmaq siyasi təxribatdan başqa bir şey deyildir. Rəşad Tağıyev ətrafına topladığı şəxslərlə birlikdə paytaxtın təhsil ictimaiyyəti içərisində narazılıq formalaşdırır. Elə bir şərait yaranıb ki, BŞTİ paytaxtın təhsil sistemi üçün artıq bir quruma çevrilib. İntriqaların hökm sürdüyü, rüşvətin və korrupsiyanın isti yuvasına çevrilən bu qurum təhsil sistemində ağır bir yükə çevrilir. Son illər bir çox dövlət qurumları birləşdirilir və ya ləğv edilir. Artıq BŞTİ-nin ləğv olunması günün tələbidir", - sosial şəbəkə istifadəçilərinin bir qismi yazıb.
Qlobal.az