Bakı Şəhər İcra Hakimiyyəti əhaliyə xəbərdarlıq etdi
Fevral 08
10:24
2020
Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinləri və şəhərin qonaqlarına müraciət edərək bildirir ki, gecədən başlayaraq hava kəskin dəyişəcək, fevralın 9-dan 10-u gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək, sulu qar və qarın yağması, bəzi yerlərdə qarın intensiv yağacağı gözlənilir. Havanın temperaturu aşağı enəcək, yolların buz bağlayacağı ehtimal olunur.
İcra Hakimiyyətinin yaydığı məlumatda qeyd edilib ki, əhaliyə daha diqqətli olmaq, iri ağacların altında maşınları saxlamamaq, tikinti aparılan ərazilərdən kənar keçmək, yaşlı insanları və uşaqları küçədə nəzarətsiz buraxmamaq və digər təhlükəsizlik tədbirlərinə riayət etmək tövsiyə edilir.



