Bakı Şəhər Baş Səhiyyə İdarəsi xəstəxanalarla bağlı tender elan edib
Fevral 04
16:12
2016
Bakı Şəhər Baş Səhiyyə İdarəsi tabeliyindəki xəstəxanalarda 2016-cı ilə tələb olunan ərzaq məhsullarının satınalınması məqsədilə tender keçirir.
"Report”un xəbərinə görə, təkliflərin qiymətləndirilməsində aşağı qiymətə, yüksək keyfiyyətə diqqət yetiriləcək.
İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri martın 7-dək təqdim etməlidirlər.
Təkliflər isə martın 17-dək təqdim olunmalıdır. İddiaçıların təklifləri martın 18-də açılacaq.