SON XƏBƏR

Bakı şəhər baş polis idarəsinin məlumatı

Sentyabr 11
18:33 2016
Sentyabrın 11-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
 
Bakı şəhər baş polis idarəsindən AZƏRTAC-a bildiriblər ki, saat 17:00-dan 19:00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 2500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
 
Mitinq zamanı ictimai asayişin və hüquq qaydalarının kobud şəkildə pozulması halları qeydə alınmayıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook