SON XƏBƏR

Bakı Sağlamlıq Mərkəzində “Qan ver həyat bəxş et!” adlı könüllü qanvermə aksiyası keçirilib - FOTOLAR

Mart 10
20:29 2024
Bakı Sağlamlıq Mərkəzində "Qan ver həyat bəxş et!” adlı könüllü qanvermə aksiyası keçirilib.
 
Ənənəyə çevrilmiş bu humanist aksiyada Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyi, tibbi və inzibati heyəti ilə yanaşı könüllü vətəndaşlar da iştirak ediblər.
 
Mərkəzin tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı xəstələrin qan ehtiyaclarının təmin olunmasına təmənnasız kömək etmək üçün istifadə olunacaq.
 
Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov həssas insanlar qrupu üçün donor qanının həyati məsələ olduğunu vurğulayıb, bu nəcib təşəbbüsə qoşulan könüllü donorlara minnətdarllığını bildirib və digər şəxsləri də qanvermə aksiyalarında fəal iştirak etməyə səsləyib.
 
Qlobal.az
 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook