SON XƏBƏR

Bakı Nəqliyyat Agentliyində nə baş verir? - İşdən ayrılan qurum əməkdaşından sensasion məktub

Dekabr 19
14:29 2016
Son günlər Bakı Nəqliyyat Agentliyi mətbuatından gündəmindən düşmür. Vüsal Kərimlinin rəhbəri olduğu qurum internet media ilə yanaşı telekanalların da gündəmindədir.

BNA ilə bağlı redaksiyamıza daha bir məlumat daxil olub. Agentliyin əməkdaşı işdən ayrılan gün öz iş yoldaşlarına e-poçt vasitəsilə məktub göndərərək qurumda baş verən özbaşınalıqlardan bəhs edib. 

Qlobal.az Musavat.com-un redaksiyasına ünvanlanan həmin məktubu olduğu kimi təqdim edir:

"Bildiyiniz kimi 2011-ci il dekabr ayından etibarən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində çalışıram. Ötən müddət ərzində hər birinizdən hörmət görmüşəm. Bacardığım qədər hörmətinizi saxlamağa çalışmışam. Bununla əlaqədar hər birinizə minnətdarlığımı bildirirəm. 7 dekabr 2016-cı il tarixindən etibarən isə artıq Mərkəzdən ayrılmışam.
 


Son dövrlərdə, yəni NİİM-in Bakı Nəqliyyat Agentliyinin tabeliyində olduğu dövrdə baş verən proseslərin əksəriyyətindən məlumatlısınız. Lakin sahə avadanlıqları üzrə isə bir çox məsələlər qaranlıq çərçivədə aparılmaqdadır. 1369 avadlıqdan hazırda 800 ədədi işlək vəziyyətdədir. Bunun əsas səbəbi fiberoptik şəbəkədə olan problemlər və detal ehtiyatının çatışmazlığıdır. Detal ehtiyatı ilə əlaqədar NİİM və BNA rəhbərliyinə dəfələrlə məlumat verilmişdir. Lakin heç bir halda tələb olunan sifarişlər anbarda olsa belə qəsdən icra edilməmiş qalmaqdadır və təbii olaraq avadanlıqların dayanıqlı işləməsi mümkün deyildir. Xüsusi olaraq bildiriəm ki, ümumi sifarişlər əsasında 120-dən çox adda detala ehtiyac vardır və sənədlərdə bu əksini tapmışdır.

Konkret olaraq mənim işdən çıxmağıma səbəb olaraq rəsmən deyilməsə belə dekabr ayının 5-də "Xəzər TV”-də efirə gedən Q.Qarayev prospektində yerləşən dayanacaqların iki dirəyi üzərində qalan BIT avadanlıqlarla bağlıdır. Həmin avadanlqlar NİİM-in sadəlövh, həris rəhbərliyi ilə həmin rayonun icra hakimiyyəti arasında gedən əzələ nümayişinin qurbanı olaraq orada qalmışdır. Daha ətraflı olaraq bildirirəm ki, həmin dayanacaqların yerinin dəyişdirilməsi Nizami İH tərəfindən NİİM-ə təklif olunmuş və köçürülməsi üçün tələb olunan işlərin öz üzərlərinə götürüləcəyi bildirilmişdir. Lakin Anar Rəsulov tərəfindən qarşı tərəfdən fantastik məbləğ (hazırda bununla əlaqədar müvafiq smeta sənədləri hüquq şöbəsindədir - əlavədə verilmişdir) tələb olunmuş və nəticədə qarşı tərəf bundan imtina etmişdir. 

Sözügedən süjet efirə gedən günün səhəri bildiyiniz kimi BNA-nın mətbut xidmətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılmışdır. Həmin avadanlıqların bərbad vəziyyətdə olması barədə aidiyyatı rəhbərliyə ("whatsapp” və e-mail vasitəsilə)  məlumat verilmiş və konkret olaraq  nəzərdə tutduğu məbləğ  (smeta əlavədə verilmişdir) ödənilməyəcəyi təqdirdə çıxarılmayacağı Anar Rəsulov tərəfindən birmənalı qadağan edilmişdir. Sujetlə əlaqədar BNA baş direktorunun otağında NİİM rəhbərliyinin iştirakı ilə qapalı iclas keçirilmiş və avadanlıqların çıxarılmaması barədə baş verənlərlə əlaqədar qurban olaraq mən və Emil Əhmədli seçilmişik.
 
Birmənalı olaraq təkrar edirəm, avadanlıqların çıxarılmamasına səbəb Anar Rəsulovdur. Çünki ona dəfələrlə "məsələnin belə qalması NİİM-in nüfuzununa ləkədir”, "mətbuatda yayılsa xoş olmayacaq” deyə bildirilsə də qarşılığında "mən icazə vermədən çıxarıla bilməz” cavabı verilmişdir. Hətta dekabr ayının 1-də həmin dayanacaqlarla bağlı yerində baxış keçirilmiş və akt tərtib olunmuşdur. Lakin yenə də Anar Rəsulov avadanlıqların sökülməsinə icazə verməmişdir. Məlumatı olanlar bilirlər ki, fiberoptik şəbəkə rinq topologiyası üzərində qurulduğundan (həmçinin DELTA TELEKOM ilə müvafiq razılaşmalar rəhbərlik tərəfindən aparılmadığından)  bir avadanlığın fiberoptik xəttinin qırılması rinqdə olan digər avadanlıqların da Mərkəzlə əlaqəsinin kəsilməsinə səbəb olur. Bu məsələlərdən Anar Rəsulovun başı çıxmadığından həmişə əziyyətini texniki heyət çəkmişdir.

Məsələ ilə əlaqədar aidiyyatı şəxslər məsuliyyət daşısalar da sudan quru çıxmağa çalışırlar.
 
Əksəriyyətinizlə işləmək mənim üçün şərəfdir və hər birinizə dərin hörmətim var. Haqqınızı halal edin.

Hörmətlə
Seymur Məcidov"

"Xəzər TV”-də yayımlanmış həmin süjeti təqdim edirik:
 

 Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook