“Bakı Metropoliteni”nə ağır ittihamlar: ”Bura FHN-dən betər günə qalıb” – Video
Oktyabr 08
09:13
2022
Sosial şəbəkələrdə Sevil Xanbabayeva adlı qadın Bakı metropoliteniylə bağlı sensasion videomüraciət yayıb.
Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bununla bağlı yenisabah.az-a danışıb.
Onun sözlərinə görə, həmin qadın metropolitenin əməkdaşı deyil, metropolitenin əxlaqsızlıq yuvasına dönməsiylə bağlı dediklərini sübut etməlidir:
"Videomüraciəti etmiş şəxs Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı deyil. Onun metropoliten haqqında dediyi ifadələrin hər hansı bir əsası yoxdur.
Qadının videomüraciətdə dediyi kimi, o, metropolitendə stansiyaların birində təmizlik işləri ilə məşğul olub. Metropolitendə təmizlik işlərini müvafiq tenderdə qalib gəlmiş TAİS şirkəti icra edir. Bu qadın da yəqin ki, həmin şirkətin işçisidir. Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq, şirkətlə müqavilə imzalanıb və müqavilə öhdəliklərinə uyğun işlər icra olunur. Bundan əlavə, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlıq etdiyi hər hansı bir qurumun daxili kadr, insan resursları siyasəti və digər məsələlərə qarışması istər qanunvericilik, istərsə də hüquqi, etik normalar baxımından hər hansı bir səlahiyyəti yoxdur. Əldə olunmuş bu videogörüntü də araşdırılması üçün TAİS şirkətinə göndərilib. Bununla bağlı şirkət metropolitenin heç bir müdaxiləsi olmadan, müstəqil şəkildə araşdırmasını aparacaq. Qadın metropolitenin əxlaqsızlıq yuvasına dönməsi barədə dediklərini əsaslandırmalıdır. Əsaslandırmayıbsa, bu, başqa məsələdir”.
Qlobal.az