Bakı məktəblərində aparılan monitorinqlərin nəticəsi açıqlandı
Noyabr 04
10:34
2021
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 2021-2022-ci tədris ilində payız-qış mövsümünə hazırlığının yoxlanılması məqsədilə ilkin monitorinqlər aparılıb.
İdarədən "Report"un sorğusuna cavab olaraq bildirib ki, monitorinq zamanı qazanxanalar, istilik xətləri, radiatorlar yoxlamadan keçirilib və aşkarlanan nöqsanların aradan qaldırılması üçün operativ tədbirlər görülüb.
Qeyd olunub ki, sıradan çıxan radiatorların, dövriyyə nasoslarının dəyişdirilməsinə, istilik xətlərinin yenilənməsinə və bəzi məktəblərin qazanxanalarında qazın təzyiqinin artırılmasına olan ehtiyaclar ümumiləşdirilərək bu barədə müvafiq qaydada müraciət olunub və təxirəsalınmaz tədbirlər görülüb: "Bundan əlavə, məktəblərin tüstü bacalarında müvafiq qurumlarla birlikdə təmizlik işləri, həmçinin qapı pəncərələrin zəruri təmiri həyata keçirilib. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə məktəblərdə çalışan ocaqçılar da mütəmadi olaraq təlimlərdə iştirak edirlər".
"Monitorinqlər zamanı təhsil müəssisələrinin istilik sistemlərindəki müəyyən edilən problemlərin aradan qaldırılması istiqamətində görülən işlərlə yanaşı, cari problemlərin aradan qaldırılması da diqqət mərkəzində saxlanılır. Mövsüm ərzində hər hansı problem yaranarsa, onlar da operativ həll olunur. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü "Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir", - nazirlikdən bildirilib.