SON XƏBƏR

“Bakı Dairəvi-1” avtomobil yolunun kənarına ağacların əkilməsinə başlanılıb

Mart 16
16:12 2016
"Azəravtoyol” ASC-nin Yol Yaşıllaşdırma MMC-ləri tərəfindən "Bakı Dairəvi-1” avtomobil yolunun kənarına ağacların əkilməsinə başlanılıb və 1000 ədəd Eldar şamı əkilib. Ümumilikdə isə yol kənarına 2000 ədəd Eldar şamının əkilməsi nəzərdə tutulub.
 
"Azəravtoyol”un mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qazax rayonu ərazisindən keçən hissəsinin kənarına da 1000 ədəd Eldar şamı, iydə, ağcaqayın ağacları əkilib.
 
Cari ilin əvvəlindən indiyə qədər avtomobil yollarının mühafizə zolaqlarına 50 minə yaxın müxtəlif növ ağac və kol bitkisi əkilib və bu proses indi də davam etdirilir.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook