SON XƏBƏR

Bakı Bolqarıstanda qaz istehlakını maksimum ödəmək üçün bütün variantları nəzərdən keçirir - Mikayıl Cabbarov

Oktyabr 03
00:50 2022
Azərbaycan 2027-ci ilə qədər Avropaya qaz tədarükünü ikiqat artırmağı hədəfləyir və Avropa İttifaqı (Aİ) üzvləri gələcək qaz həcmlərinin necə paylanacağına özləri qərar verməlidirlər.

Trend-in məlumatına görə, bu barədə "Euronews Bulgaria" müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"Biz artıq həm xaricdə, həm də ölkə daxilində tərəfdaşlarımızla danışıqlar aparırıq. Bizim fikrimiz istehsalı artırmaqdır. Məqsədimiz 2027-ci ilə qədər bu həcmləri (qaz tədarükü) iki dəfə artırmaqdır. Bu, bizim üçün əsas prioritetdir. Bu həcmlərin müxtəlif Avropa ölkələri arasında necə paylanacağı məsələsini isə Avropa İttifaqına üzv dövlətlər müəyyənləşdirməlidir", - deyə nazir bildirib.

O, Azərbaycanın daha bir neçə qaz yatağında hasilata başlamaqla qaz ixracını artırmaq imkanlarının olduğunu bildirib.

Nazir onu da əlavə edib ki, Bakı "mümkün qədər" Bolqarıstanda qaz istehlakının əhatə dairəsini maksimum dərəcədə ödəmək üçün bütün variantları nəzərdən keçirir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook