SON XƏBƏR

Bakı Beynəlxalq Avtovağzalının mülkiyyətçisi məhkəməyə verildi

Dekabr 17
10:26 2021
"Azerbaijan Ground Services" MMC məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, iddiaçı "TS Motors” MMC-dir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi isə alqı-satqı üzrə müqavilələrdir.

"Azerbaijan Ground Services" MMC avtobus sərnişin daşınması ilə məşğul olur. MMC-nin qanuni təmsilçisi Camal Sadıxovdur. O, həm də Bakı Beynəlxalq Avtovağzalın rəhbəridir. Yeri gəlmişkən, Bakı Beynəlxalq Avtovağzalın mülkiyyətçisi də "Azerbaijan Ground Services" MMC-dir. 

Xatırladaq ki, bundan əvvəl sözügedən şirkətə məxsus avtomaşın inzibati xətaya yol verdiyi üçün məhkəməyə verilmişdi. Həmin vaxt yayılan məlumatda deyilirdi ki, "Azerbaijan Ground Services" MMC-nin istifadəsində olan nəqliyyat vasitəsi yol hərəkəti qaydasını pozduqdan sonra məlumat şirkətə göndərilib. Lakin sorğuya 5 gün müddətinə cavab verilməyib. Bununla bağlı olaraq məhkəməyə müraciət edilib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook