SON XƏBƏR

Bakı Avrasiya Universitetində dərslər niyə keçirilmir?

Fevral 29
10:08 2016
"Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynlinin analoqu olmayan cədvəl oyunları ilə başınıza gətirdiyi oyunların bu smestrdə də təkrarlandığını görəndən sonra sonra bu gün iclasda rektora "bu biabırçılığın başında siz dayanırsız” dedim. Bundan sonra heç bir qanuna hörmət qoymayan Nazim Hüseynli mənə işdən "azadsan” dedi”.
 
Bu sözləri Bakı Avrasiya Universitetinin müəllimi Əjdər Yunus Rza "Facebook”da yazıb. İşdən azad olunan Əjdər Yunus Rzanın statusunu olduğu kimi təqdim edirik:
 
"Əziz tələbələr, mən bu gün ədalətsiz bir qərarla sizlərdən uzaqlaşdırıldım. Mən həmişə sizin haqqınız uğrunda mübarizə apardım. Uzun yazmayacağam. Bu tədris ilinin birinci yarısında Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynlinin analoqu olmayan cədvəl oyunları ilə başınıza gətirdiyi oyunların bu smestrdə də təkrarlandığını görəndən sonra sonra bu gün iclasda rektora "bu biabırçılığın başında siz dayanırsız” dedim.
 
Bundan sonra heç bir qanuna hörmət qoymayan Nazim Hüseynli mənə işdən "azadsan” dedi. Mən həmişə haqqın tərəfində olmuşam. Bununla fəxr edirəm. Sizə analoqu olmayan lalapiti cədvəllə yaz smestrini müvəffəqiyyətlə başa vurmağı arzulayıram. Hardasa xətrinizə dəyən hərəkətim olubsa, yəqin ki, məni bağışlayarsınız. Hamınızı çox istəyirəm. Nə probleminiz varsa yazın, hələlik”.
 
Əjdər Yunus Rzanın yazdığı status ətrafında Xalqxeber.tv-nin apardığı kiçik araşdırma işdən azad olunan müəllimin Bakı Avrasiya Universiteti barədə yazdıqlarının qərəzli olmadığını ortaya qoyub. Universitet tələbələri arasında keçirdiyimiz sorğu nəticəsində məlum oldu ki, fevralın 17-dən dərsə getməli olan tələbələr Əjdər Yunus Rzanın qeyd etdiyi analoqu olmayan cədvəl oyunları səbəbindən düz-əməlli mühazirə və semenarlar keçmirlər. Həmçinin Bakı Avrasiya Universitetinin tələbələri Əjdər Rza Yunusun dediklərinin düz olduğunu deməklə yanaşı, cari tədris ilində Bakı Avrasiya Universitetində normal dərs cədvəli hazırlanmadığını bildirdilər. Mediada adlarının çəkilməsini istəməyən tələbələr Nazim Hüseynlinin rektoru olduğu ali məktəbdə ağlasığmaz dərəcədə özbaşınalığın olduğunu qeyd etdilər.
 
Cədvəl oyununun səbəbi kimi tələbələr universitetdə normal kadr olmaması ilə izah etdilər: "Keçən smestrdə bir ay normal dərs keçə bildik. Bu üzdən çox tələbə imtajanları verə bilmədi. İmkanı olan tələbələr pulla qiymətlərini yazdırdılar…”. Bakı Avrasiya Universiteti ilə bağlı tələbələrin səsləndirdiyi ağlasığmaz ittihamları araşdırmaqdayıq. 
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook