Bahalıq girdabı
Mart 15
04:27
2022
İqtisadçı Rövşən Ağayev Dünya Bankının qlobal əmtəə bazarları üzrə hesabatına diqqət çəkib.
Ekspert yazır ki, fevralın sonuna kömür və neft ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə, gübrələr orta hesabla 2 dəfə, mis 18 faiz, pambıq 53 faiz, alüminium 55 faiz, mal əti 35 faiz, toyuq əti 69 faiz bahalaşıb: "Son 40 ildə dünya əmtəə bazarı belə təlatüm görməyib. Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin uzanacağı təqdirdə bazarlarda kəskin qiymət oynaması davam edəcək.
Çox kəskin qlobal inflyasiya dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Aparıcı iqtisadiyyatlarda makroiqtisadi sabitliyin pozulması, inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun daha da artması təkcə qlobal iqtisadi deyil, həmçinin siyasi sabitlik üçün saatlı bombaya çevrilir”.

Arqument.az