Babayan daha “Qarabağ qəhrəmanı” deyil - Cani general “fəxri ad”dan imtina etdi
Noyabr 10
15:30
2020
Qarabağdakı xuntanın rəhbərlərindən biri, dinc azərbaycanlılara qarşı qətliamların fəal iştirakçısı, qondarma rejimin sabiq müdafiə naziri, general Samvel Babayan qondarma "Qarabağ qəhrəmanı” adından imtina etdiyini bildirib.
"AzPolitika.info” xəbər verir ki, Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən məlum razılaşmaya etiraz edən Babayan, eyni zamanda qondarma rejimin "təhlükəsizlik şurasının katibi” vəzifəsindən də istefa verdiyini bəyan edib.



