SON XƏBƏR

Azyaşlı məktəblini döyməkdə ittiham edilən başçı müavini vəzifəsinə qaytarıldı - FOTOFAKT

Sentyabr 26
13:50 2022
Bu ilin iyul ayında Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyevanın vəzifəsinə qaytarıldığı deyilir.
 
Qlobal.az xəbər verir ki, Lənkəran rayon İcra Hakimiyyətinin rəsmi saytında da Rəsilə Əliyeva İcra başçısının müavini kimi qeyd edilib. 
 
Qeyd edək ki, hadisədən bir müddət sonra Rəsilə Əliyeanın vəzifədən azad edilməsi barədə məlumat yayılmışdı. 
 
Xatırladaq ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmışdı.
 
Avqust ayının 23-də Lənkəran rayon Prokurorluğunun yaydığı daha bir açıqlamada isə cinayət işinin məhkəməyə göndərildiyi vurğulanırdı. 
 
Lənkəran rayon İcra Hakimiyyətindən xəbərə münasibət öyrənmək mümkün olmayıb. 
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook