SON XƏBƏR

AzTV-nin keçmiş aparıcısı: "Bunlara haqq qazandırmaq olmaz"

Dekabr 13
16:20 2015
Aparıcı Nailə İslamzadə ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələri ilə bağlı açıqlamasına münasibət bildirib.
 
Məlumata görə, o, aparıcıların bu nəticələrdən dərs çıxarmalarını məsləhət görüb:
 
"Ədəbi dili təbliğ etmək, hamıya öyrətmək televiziyanın vəzifələrindən biridir” – bu fikri ümummilli lider Heydər Əliyev demişdir. Şuranın "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsini çox bəyənirəm. Onlar yalnız aparıcıların adlarını verməklə kifayətlənməyiblər, daha geniş siyahıda nitqdə olan qüsurları dəqiq olaraq göstəriblər. Düşünürəm ki, siyahıda adları olan aparıcılarımız nöqsanlardan nəticə çıxarmalıdırlar. Düzdür, onların arasında savadlı, sevilən aparıcılar var. Göstərilən xırda nöqsanları nəzərə alsalar her şey yoluna düşər. Amma bəzilərinin üzərində çox işləmək lazımdır. Birmənalı olaraq, efirdə ədəbi dil xətalarına, bölgə ləhcəsinə, şivəyə, nitq kasadlığına bəraət qazandırmaq olmaz. Tamaşaçı və dinləyiciyə müraciət edən, hər hansı bir məlumatı, mövzunu çatdırmaq istəyən jurnalist, aparıcı şifahi ədəbi dil qaydalarına riayət etməlidir. Ana dilimizi qorumaq hamımızın borcudur. Ədəbi dilin qorunması ilə bərabər, efir mədəniyyəti üzrə də monitorinq keçirilsə yaxşı olardı”.
 
Qeyd edək ki, əvvəllər Azərbaycan Dövlət Televiziyasında "Xəbərlər" proqramının əsas aparıcılarından biri olan N.İslamzadə hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində işləyir. Eyni zamanda Türkiyənin TRT AVAZ kanalında yayımlanan "İşte kadın” proqramının aparıcısıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook