“Aztelekom”a yeni baş direktor təyin olundu
Sentyabr 07
11:10
2023
Tural Pirverdiyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom” MMC-nin Baş direktoru təyin edilib.
Qaynarinfo xəbər verir ki, o, bu vəzifədə Elçin Niyazovu əvəz edib.
T. Pirverdiyev, 2008-209-cu illərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Neft-Qaz Constraction” şirkətində, 2009-cu ildən isə "Azercell Telecom" şirkətində müxtəlif vəziflərdə çalışıb. O, bu təyinatadək "Azercell Telecom" şirkətinin maliyyə direktorunun müavini və nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, "Aztelekom" 1996-cı ildən fəaliyyət göstərən eyni adlı İstehsalat Birliyinin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,525 milyon manat təşkil edir. Milli rabitə operatoru olan şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərir.

Qlobal.az