SON XƏBƏR

AZPROMO qanunu pozdu - Vergi borcu olan şirkətə 244 minlik tender

İyul 10
08:39 2023
Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO Publik Hüquqi şəxsi 244.968 manatlıq tenderə yekun vurub. 
 
Qlobal.az xəbər verir ki, tenderin qalibi "LEGALIZE" (VÖEN: 1904707931) Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 
 
Qalib elan edilən "LEGALIZE" MMC-nin hazırda dövlətə 9628 manat vergi borcu var. Bu isə "Dövlət Satınalmaları haqqında” Qanuna ziddir.
 


Belə ki, "Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə vergi borcu olan şirkətlərin tenderdə iştirakı mümkün deyil.
 
Qeyd edək ki, "LEGALIZE" MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. 
 

 
Şirkətin qanuni təmsilçisi Qəşəmov Fuad Azad oğludur. 
 
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO Azərbaycanda qeyri-neft sektorunun inkişafı, həmçinin istehsal olunan məhsulların xarici bazarlarda təşviqi ilə bağlı ölkə rəhbəri tərəfindən qarsıya qoyulmuş bir sıra hədəflərə nail olmaq məqsədilə xarici ölkələrdə müxtəlif beynəlxalq tədbirlər təşkil edən, xarici alıcıları Azərbaycan məhsulları barədə məlumatlandıran və yerli şirkətlərlə əlaqələndirən, eləcə də Azərbaycanın investisiya mühiti haqqında ətraflı məlumat toplamaq istəyən və investisiya yatırmaqda maraqlı olan xarici şirkətlərə "vahid pəncərə” funksiyası əsasında xidmət göstərən və dəstək verən publik hüquqi şəxsdir.
 
Xatırladaq ki, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayevdir.

Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook