SON XƏBƏR

Azneft dairəsinə "protiv" girən "Galenwagen"in sürücüsü saxlanıldı - 90-TH-222

Yanvar 23
03:29 2025
"Bakının Neftçilər prospektində qaydaların ziddinə gedən "Mercedes-Benz Gelandewagen" avtomobilinin sürücüsü saxlanılıb".

Bu məlumatı Oxu.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli verib.

O qeyd edib ki, "Azneft" dairəsi istiqamətində yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla yanaşı, onu çəkib sosial şəbəkə hesabında paylaşan 90-TH-222 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün avtomobili idarəetmə hüququ altı ay müddətinə məhdudlaşdırılıb.

"Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.4-cü (əks istiqamətli hərəkət zolağına çıxaraq nəqliyyat axınına qarşı hərəkət etmə) və 327.7-ci (il ərzində 20 və daha artıq bal toplanmaqla sürücülük hüququnun məhdudlaşdırılması) maddələri əsasında protokol tərtib olunub. Nəqliyyat vasitəsi duracağa yerləşdirilib",- deyə T.Nəsirli bildirib.

Xatırladaq ki, ötən gün "Mercedes-Benz Gelandewagen" avtomobilinin sürücüsününün "Neftçilər" prospektində qoşa xəttin tələbini pozması və həmin qayda pozuntusunu öz sosial hesabında paylaşması barədə məlumat vermişdik.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook