SON XƏBƏR

"Azərsu"nun "əməkdaşı" “Coffee Go”ya getdi, 40 manat aldı, həbs olundu

Fevral 16
17:49 2023
Bakıda özünü "Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edərək, məşhur "Coffee Go” mağazasından oğurluq edən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1985-ci ildə Şuşa rayonunda anadan olmuş, 2-ci qrup əlil olan Anar (şərti) "Coffee Go” mağazasına yollanaraq, su pulu ödənişinin edilməsini istəyib. Mağazadan "Azərsu"nun "əməkdaşı"na 40 manat ödəniş edilib.

Sonradan məlum olub ki, su pulu alan Anar idarənin əməkdaşı deyil. Buna görə, polisə məlumat verilib. O, polisə ifadəsi zamanı əməlini etiraf edib. 

Məhkəmə Anarın 2-ci qrup əlil olmasını nəzərə alaraq, 200 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook