SON XƏBƏR

“Azərsüd” əhalini necə aldadır? - Saxta tarix - FOTO

Fevral 19
17:31 2016
"Azərsun” holdinq istehsal etdiyi xamanın istifadə tarixində inanılmaz saxtakarlıq və ya yanlışlıq edib.
 
Vizual.az xəbər verir ki, "Azərsüd” xamasının fevralın 20-də istehsal olunduğu qeyd olunub. Bu gün fevralın 19-u olduğunu nəzərə alsaq, bu "riyazi uzaqgörənliyi” heç bir fəlsəfəyə sığışdırmaq mümkün deyil.
 
Kürdəmir Süd Emalı Zavodunda istehsal olunan "Azərsüd” məhsulunun fevralın 18-dən artıq mağazalarda satışda olduğu xəbər verilib.
 
Elçin Əbdülrazak adlı Feysbuk istifadəçisi bu haqda sosial şəbəkələrdə şəkil paylaşıb. Onun sözlərinə görə, xamanı marketlərin birindən alıb.
 
Qeyd edək ki, ölkənin ağartı məhsulları bazarında böyük paya sahib olan və tanınan "Azərsüd” brendinin belə bir hala yol verməsi maraq doğurub.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook