SON XƏBƏR

"Azərsu" Bakıda ağacları kəsdi, nazirlik məhkəməyə müraciət edir (FOTOLAR)

Avqust 02
18:55 2019
Bakıda ağacların qurudulmasına görə "Azərsu” ASC-yə protokol tərtib olunub.

Bu barədə Qaynarinfo-ya Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Heydər Əliyev prospekti 103 A ünvanında ağacların qurudulması ilə bağlı nazirliyə daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ünvanda "Azərsu” ASC-yə məxsus binanın həyətində aparılan tikinti işləri zamanı ağacların qurudulduğu faktı aşkar edilib.

Faktla bağlı "Azərsu” ASC barəsində protokol tərtib olunub və toplanan materiallar məhkəməyə hazırlanır.
 
Qlobal.az 
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook