“Azərpoçt”un şöbə rəisi külli miqdarda mənimsəmədə ittiham olunur – TƏFƏRRÜAT
Dekabr 01
13:39
2021
"Azərpoçt”un şöbə rəisi külli miqdarda mənimsəmədə ittiham olunur
"Azərpoçt” MMC-nin 6 saylı Poçt Filialının Müştəri xidmətləri şöbəsinin rəisi barəsində cinayət işi başlanılıb.
APA-nın əldə etdiyi məlumata görə, şöbə rəisi Əhmədov Eldar Camal oğlu külli miqdarda mənimsəmədə ittiham olunur.
E. Əhmədov barəsində aparılan ibtidai istintaq başa çatıdılıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.
Qlobal.az