"Azərpambıq Aqrar Sənaye Kompleksi"nin rəhbərliyi dəyişdi
Dekabr 21
10:14
2021
"Azərbaycan Sənaye Korposiyası" ASC-yə (ASK) məxsus "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin direktoru Bəhruz Camalov işdən çıxıb.
Onun yerinə Fəxri Mehdiyev təyin edilib.
Yeni direktor bundan əvvəl ASK-nın Strateji inkişaf və kommersiya departamentinin direktoru vəzifəsində çalışıb.
F.Mehdiyev 1974-cü ildə Bakıda anadan olub, 1995-cu ildə o vaxtı Azərbaycan Dövlət Neft Akademiyasını "Yanacaq energetika kompleksi sahələrində iqtisadiyyat və idarəetmə’ ixtisası üzrə bitirib. O, 1995-2017-ci illərdə o vaxtkı Vergilər Nazirliyində rəhbər vəzifələrdə çalışıb, 2017–ci ildən ASK-nın Maliyyə departamentinin direktoru, 2020-ci ildən isə Strateji inkişaf və kommersiya departamentinin direktoru olub.