SON XƏBƏR

"Azəristiliktəchizat"ın vəzifəli şəxsinin məhkəməsi başlayır

Dekabr 29
18:52 2024
Yasamal rayon 14 saylı istilik sistemlərinin istismarı sahəsinin keçmiş sədri Rahil Həsənli barəsindəki cinayət işinin ibditdai istintaqı yekunlaşıb. 

Qaynarinfo xəbər verir ki, iş baxılması üçün Yasaml Rayaon Məhkəməsinə göndərilib. 

Rəşad Cavadzadə iş üzrə hakim təyin edilib. 

Rahil Həsənli Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda)maddəsi ilə mühakimə ediləcək.

Bu maddədə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 
İş üzrə 23 nəfər zərərçəkmiş qismində tanınıb. 

14 saylı Yasamal istilik sistemlərinin istismarı sahəsi "Azəristiliktəchizat" ASC-nin tabeliyində fəaliyyət göstərir. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook