“Azərişıq” şefi Vüqar Əhmədovdan şübhə və heyrət doğuran təyinat - VİDEO
İyul 29
15:52
2020
Görəsən, cənab Canəhməd Əhmədovun hansı qabiliyyəti, məziyyətləri hörmətli Vüqar Əhmədovun xoşuna gəlib ki, korrupsioner məmur kimi DTX-nın siyahısına olan, əhalini Prezidentə qarşı qaldıran adamı yenidən vəzifə başına gətirir?
Mərkəzi Aran bölgəsində dolaşan korrupsiya kabusunun xofu yerli sakinlərin canından çıxmamış, əhalinin qorxunc röyasına çevrilmiş şəxs yenidən bölgəyə qaytarıldı. Söhbət bu ilin may ayının əvvəlində DTX tərəfindən İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevlə birgə həbs edilmiş, "Azərişıq”ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin sabiq rəisi Canəhməd Əhmədovdan gedir.
Həmin vaxt Dövlət Təhlüksizlik Xidmətinin müstəntiqləri tərəfindən dindirilən Canəhməd Əhmədov icra başçısına rüşvət verdiyini açıq şəkildə etiraf etmişdi. Bildiyimiz kimi, rüşvət vermək də cinayət məsuliyyəti doğurur və Cinayət Məcəlləsinin 312-ci maddəsinə əsasən, beş min manat cərimədən beş ilədək müddətə həbsdən azad edilmə ilə cəzalandırılır. Hələ ki, istintaqa cəlb olunmuş şəxslərin azad edilməsi və yaxud məhkəmə istintaqının başa çatması barədə hər hansı informasiya yayılmayıb.
Bu hadisə olmasaydı belə, Aran camaatının Canəhməd Əhmədovun əməllərindən cana doymasını Prezident Administrasiyasına göndərilmiş məktublardan görmək olardı. "Azərişıq”ın Aran təmsilşisi barədə dəfələrlə cənab Prezidentə və birinci Vitse-Prezidentə şikayət dolu saysız-hesabsız müraciətlər ünvanlansa da, məktubların ölkə rəhbərliyinə çatmasını əngəllənir, nəticədə yerli əhalinin ölkə rəhbərliyindən narazı salınması davam edirdi - Canəhməd Əhmədovun ifasında.
Əvəllər, yəni Vüqar Əhmədov "Azərişıq”ASC-yə təyin edilməzdən öncə məqsədyönlü şayiələr yayılırdı ki, guya Canəhməd Əhmədovun arxasında Baba Rzayev dayanır. Lakin Vüqar Əhmədovun təyinatından sonra da C. Əhmədovun yeni rəhbərlik tərəfindən himayə olunaraq regionda meydan sulaması yayılan şayiələrin arxasında kimin dayandığını, Baba müəllim haqqında quru iftiranın müəllifinin kim olduğunu bəlli etdi.
DTX-nın qeyd etdiyimiz məşhur əməliyyatından sonra C. Əhmədovun həbsi, cinayət əməllərini kameralar qarşısında açıq etirafından sonra bölgə sakinləri bu adamdan qurtulduqlarını, nəhayət ki, rahat nəfəs ala biləcəklərini güman etdilər (Qeyd edək ki, C. Əhmədovun texniki şərtin verilməsindən tutmuş adi elektrik dirəklərinin basdırılmasına qədər müxətlif korrupsiya əməllərində hallanır. Bu gün də müraciət olunsa, texniki şərtə, elektrik dirəyinə, transformatora görə rüşvət vermiş yüzlərlə adam regional qurumun binasının qarşısında toplana bilər. Yəni narazılıq və nifrət o həddə çatıb).
Lakin az müddət əvvəl C. Əhmədovun müəmmalı şəkildə Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsində görünməsi əhalinin sevincini gözündə qoydu. Bir vaxtlar oturduğu strateji vəzifənin səlahiyyətlərindən sui-istifadə edərək yerli sahibkarların, kəndçilərin, rayon əhalisinin "dərisini soyan” məmurun, ləkəli, DTX-nın zirzəmisinə salınmış, adı korrupsiyada hallanan bir adamın yenidən Elektrik Təchizatı və Satışı İdarəsinə gətirilməsindən - rəis müavini təyin edilməsindən heyrətlənməmək olmur.
Görəsən, cənab Canəhmədovun hansı qabiliyyəti, məziyyətləri hörmətli Vüqar Əhmədovun xoşuna gəlib ki, korrupsioner məmur kimi DTX-nın siyahısına olan, əhalini ölkə rəhbərliyindən narazı salan adamı yenidən vəzifə başına gətirir? Burada "Azərişıq” ASC-nin indiki rəhbərinin nə marağı ola bilər? Əgər savadlı və peşəkar kadr axtarılırsa, o regionun özündə - İmişlidə, Saatlıda və digər ətraf rayonlarda Rusiyanın nüfuzlu ali məktəblərində müvafiq təhsil alaraq uzun illər bu sahədə çalışmış, yerli əhalinin rəğbətini qazanmış, öz işinin peşəkarı olan, dövlətini və xalqını sevən, namuslu və çox savadlı kadrlar kifayət qədərdir. Yoxsa cənab Vüqar Əhmədovun belə kadrlara ehtiyacı yoxdur?
Görünür ki, elədir. Yoxsa bölgədəki peşəkar, nüfuzlu və namuslu kadrları görməzlikdən gələrək Qusarda doğulub böyümüş, Aran camaatına xüsusi nifrəti ilə seçilən birini respublikanın o biri başından İmişliyə gətirtməzdi və yenidən vəzifə verməzdi. Əgər "Azərişıq” şefinin hər hansı bir maddi marağı yoxdursa, niyə belə etsin ki? Yox, əgər başqa mətləb varsa, Səhmdar Cəmiyyətinin rəhbərliyi bu addımın gerçək səbəbləri barədə əsaslandırılmış açıqlama verməlidir. Canəhməd Əhmədov kimi xüsusi "məziyyət”lərə malik birinin yenidən görəvə qaytarılması istənilən şəxsdə haqlı olaraq şübhə və heyrət doğurur.(MilliYol.az)

Qeyd: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...