SON XƏBƏR

“Azərişıq” ASC sədri Vilyam Hacıyevə rüşvət verən işçisini cəzalandıracaq? - İmişli sakinləri sual edir...

İyun 01
13:00 2020
Aran RETSİ-nin rəisi Canəhməd Əhmədovun qanunsuz hərəkətlərinə niyə göz yumulur?

Məlum olduğu kimi, 05.05.2020-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti İmişli rayon İcra Hakimiyyətində korrupsiya və rüşvət əməllərinə yol verən, dövlət əmlakını mənimsəyən şəxslərə, eləcə də dövlət əmlakını ata malı kimi talayan şəxslərə qarşı əməliyyat tədbiri keçirməklə onları cinayət məsuliyyətinə cəlb etmişdir. Belə ki, İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin barəsində həbs qətiimkan tədbiri seçilmiş, digər 8 vəzifəli şəxs barəsində isə polis nəzarəti altına verilmə qərarı qəbul edilmişdir.

Yayılan rəsmi məlumatlarda bildirilirdi ki, digər dövlət məmurlarından Maliyyə Nazirliyinin İmişli rayon şöbəsinin müdiri Rəhim Rəhimov, sabiq xəstəxana müdiri Cəsur Paşayev, "Azərişıq” ASC-nin Aran RETSİ-nin rəisi Canəhməd Əhmədov və başqalarının barəsində də rüşvət vermə və dövlət əmlakını mənimsəmə faktları ilə bağlı araşdırmalar davam etdirilməkdədir.

Əməliyat- istintaq tədbirləri zamanı məlum olub ki, Canəhməd Əhmədov dövlət qayğısına ehtiyacı olan şəxslər üçün nəzərdə tutulan dövlət hesabına tikilmiş bir neçə evi İmişli rayonunda hər birini 10000 manata rüşvət müqabilində əldə etmişdir. Ölkə qanunverciliyində rüşvət verilməsi cinayətdir.

Maraqlıdır ki, "Azərişıq” ASC-nin rəhbərliyi rəsmi qaydada barəsində də rüşvət vermə və dövlət əmlakını mənimsəmə faktları ilə bağlı araşdırmalar aparılan Canəhməd Əhmədovu hələ də vəzifədə saxlamaqdadır. İmişlidən aldığımız məlumata əsasən əhali Canəhməd Əhmədovun fəaliyyətindən ciddi narazıdırlar. Xüsusən karantin dönəmində regional idarə rəisinin abonentlərə qarşı sərt qərarlar verməsi sakinlərdə qəzəb yaradıb. Bizə müraciət edən şikayətçilər bildirdilər ki, onlar "Azərişıq” ASC-nin rəhbərliyinin Canəhməd Əhmədovu hələ də vəzifədə saxlanılmasını anlaya bilmirlər. Onlar korrupsioner məmurun vəzifədən alınmasını tələb edirlər. 

AzFakt.com
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook