"Azərişıq" ASC-nin iki əməkdaşı bıçaqlandı, biri isə döyüldü
Dekabr 09
20:19
2021
Ağdamda "Azərisıq” ASC-nin iki əməkdaşı bıçaqlanıb, digəri isə döyülüb.
"Unikal"ın məlumatına görə, "Azərisıq” ASC-nin Ağdam Elektrik Şəbəkəsi İdarəsinin əməkdaşları Tariyel Mirzəyev və Şükür Mirzəyev Ağdamın Quzanlı qəsəbəsində borclu abonent tərəfindən bıçaqlanıblar.
İdarənin digər işçisi Elşən Əzizov isə döyülüb.
İlkin məlumata görə, hadisəni törədən şəxs borcu çox olduğundan elektrikin verilişinin dayandırmaq üçün gələn işçilərə qarşı bu hərəkəti edib.
Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
Qlobal.az