“Azəriqaz”ın sayğac OYUNU – “Geriyə addım atırıqsa, qaz oğurlayırıq”
Mart 05
18:20
2022
Azərbaycanda 2020-ci ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir. Bu proses indi də davam edir və son günlər bununla bağlı şikayətlər artır.
Əslində prosesə başlayandan indiyədək narazılıqlar var. Abonentlər dəyişdirilən sayğacların əvvəlki formaya qayıtmasını, yəni smart cihazların mexaniki sayğaclarla əvəzlənməsini istəmirlər. Bununla bağlı çoxsaylı şikayətlər olsa da, bəzən qurum abonentə xəbərdarlıq etmədən bu addımı atır.
Qeyd edək ki, "Azəriqaz” İstehsalat Bilriyinin rəhbəri Ruslan Əliyev bir neçə ay əvvəl açıqlamasında bildirmişdi ki, yerli sayğacların istehsalı üçün "Gəncə Cihazqayırma Zavodu" ASC ilə memarundum imzalanıb və sayğaclarımızı yaxın gələcəkdə sözügedən zavoddan götürəcəyik. Bundan əvvəl isə pilot layihə ilə ölkəyə ağıllı sayğacların gətirildiyi və quraşdırmasına başlanıldı söylənilmişdi.
O zaman "Azərqaz” abonentləri hələ də mexaniki sayğaca niyə təhrik edir?
Qlobal.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Akif Nəsirli sayğacla bağlı tez-tez dəyişimlərin olmasını bəzi məmurların gəlir mənbəyi olaraq əsaslandırıb:
"Burada həm "Azəriqaz” həm digər dövlət qurumları, həm də özəl şirkətlər iştirak edir. Çox sayğac dəyişdirilmə prosesi keçirsə, daha çox gəlir əldə olunur. Mexaniki sayğacdan smarta, təkrar mexaniki sayğaca, sonra "ağıllı” sayğaclara keçirik. Hələ qarşıda yerli sayğaclar gəlir. Bu qədər dəyişim olursa, yeyinti var deməkdir. Halbuki təkcə smart sayğacların 27 il istismar müddəti var. Hətta bəzi Şərqi avropa ölkələrində bu, 30 il davam edir”.
Ekspert hesab edir ki, mexaniki sayğaclara istənilən şəkildə müdaxilə mümkün olduğu üçün qurum bu dəyişimə üstünlük verir:
"Təsadüfi deyil ki, abonentlərin çoxu da məhz bundan gileylənir ki, mexaniki sayğacdan istifadədə sərfiyyatları artıb. Mexaniki sayğaca müdaxilə etmək olur. Bu sayğaca yalnız "Azəriqaz”ın əməkdaşı baxış keçirə bilər.
Halbuki smart sayğaclara keçməyin əsas səbəbi qurum əməkdaşı ilə abonentin təmasının olmaması idi. Yenidən geriyə addım atırıqsa, demək ki, abonentləri aldadıb qaz oğurlamaq istəyirik”, - deyə ekspert qeyd edib.