"Azəriqaz"ın "sayğac əməliyyatı": Abonentlərə əlavə ödənişlər niyə “yüklənir?”
Avqust 22
14:41
2023
Son vaxtlar əhalinin daha çox şikayət etdiyi kommunal xidmətlər sahəsinə aid olan qurumlar arasında "Azəriqaz” İB-in adı tez-tez hallanır. Doğrudur, mövsümlə əlaqədar olaraq əhalinin qaz sərfiyyatı, daha doğrusu, limitlə bağlı narazılıqları səngiyib. Amma qurumun abonentlərə yaratdığı texniki problemlərlə əlaqədar şikayətlər ara vermir. Konkret.az saytına növbəti belə şikayət adının mediada açıqlanmasını istəməyən Bakı şəhər Səbail rayon sakini tərəfindən daxil olub.
Abonentin müraciəti isə qurumun sayğacları yeniləməsi ilə əlaqədardır. Oxucularımız deyə bilərlər ki, burda nə qəbahət var, istismar müddəti başa çatmış köhnə sayğacların yeniləri ilə əvəzlənməsi tamamilə normal prosesdir və ilk növbədə müştərilərin mənafelərinə xidmət edir. Təbii ki, biz də bununla razıyıq. Əmma…
Əmması budur ki, sözügedən şikayətçinin də bildirdiyi kimi, "Azəriqaz” İB-in apardığı bu kampaniya əslində abunəçilərdən çox, məhz bu şirkətin rəhbərliyinin mənafeyinə xidmət edir və onlara külli miqdarda əlavə mənfəət gətirir.
Redaksiyamıza üz tutan abonent bildirir ki, avqustun əvvəllərində ona zəng edən şəxs özünü "Azərqaz” İB-in Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşı kimi təqdim edərək, mənzilindəki qaz sayğacının istifadə müddəti başa çatdığına görə dəyişiləcəyini və əvəzinə yeni sayğac quraşdırılacağını bildirib. Qaz sayğacına cəmi iki gün əvvəl 10 manat yüklədiklərini diqqətə çatdıran abonentə qalıq məbləğin yeni sayğaca köçürüləcəyi də deyilib. Təqribən bir saatdan sonra həmin şəxs təkrar zəng edərək, sayğacı dəyişdiklərini və heç bir problemin olmadığını bildirib.
Şikayətçi deyir ki, axşam işdən evə gələndə isə idarənin "sürpriz”i ilə qarşılaşıb.
"Sayğac dəyişilən vaxt evdə olan həyat yoldaşım dedi ki, köhnə sayğac artıq qaz sərf etdiyinə görə 96 (doxsan altı) manat əlavə cərimə ödəməliyik. Həmən idarə əməkdaşına zəng vurdum. Özünü Mais kimi təqdim edən həmin şəxs sayğacın istismar müddətinin başa çatdığını, həmin vaxtdan 5 il keçdiyinə görə onun işində problemlər yarandığını dedi. Qeyd etdi ki, həmin məbləğ sayğac düzgün işləmədiyinə görə əmələ gəlib. Məsələni aydınlaşdırmaq üçün "28 May” stansiyasının yaxınlığında yerləşən "ASAN kommunal”a müraciət etməyi tövsiyə etdi. Bununla yanaşı, yeni sayğaca cəmi 20 qəpik pul ödəndiyini və onun 2 gün üçün kifayət edəcəyini, amma sonradan kartla ödəniş olmayacağı təqdirdə qazın verilişinin dayandırılacağını bildirdi”.
Şikayətçi deyir ki, ertəsi gün "ASAN kommunal”a üz tutub. Burada xidmət göstərən əməkdaşlara yaxınlaşaraq sayğacla bağlı əməliyyatdan narazı qaldığını bildirib və məsələnin araşdırılmasını tələb edib. Həmçinin, məlumat verib ki, işi ilə əlaqədar uzun müddət xaricdə yaşayıb. 2013-cü ildə aldığı yeni mənzildə sayğac quraşdırılandan bəri evdə hər il təqribən 40 gün yaşadığını, hər dəfə gəlişində qaz sayğacına artıqlaması ilə ödəniş etdiyini deyib. Onun tələbinə əsasən dərc edilən cədvəldə də həqiqətən son 10 ildə həmin mənzildə cəmi 2 il yaşadığı və ümumilikdə 851 manat ödədiyi öz əksini tapıb. Bunun araşdırılmasını tələb etdikdə isə ona xidmətdən imtina edəcəklərini, məsələni aydınlaşdırmaq üçün "Azəriqaz” İB-in rayon şöbəsinə, məsələ həll edilmədikdə birliyin satış şöbəsinə, orada da həll edilməyəcəyi təqdirdə SOCAR-a getməli olacağını deyiblər. Bütün bunların onun xeyli vaxtını alacağını, evdəki sayğaca ödəniş olmayacağı təqdirdə qaz verilişinin dayanacağını düşünən şikayətçi sonda "ASAN” xidmət əməkdaşlarının təklif etdiyi şərtlərlə razılaşmağa məcbur olub.
Beləcə, "Azəriqaz” İB-in "sayğac əməliyyatı” abonentin xeyrinə yox, əksinə, zərərinə işləyib. Və bu məsələnin tam obyektiv araşdırılmaması, əvəzində vətəndaşın borcla "yüklənməsi” çox qaranlıq məqamlardan xəbər verir. Belə hallar vətəndaşlarda haqlı olaraq adıçəkilən dövlət qurumuna qarşı neqativ fikirlər formalaşdırır.
"Azəriqaz” İB-in belə taktika ilə küllli miqdarda vəsait mənimsədiyi barədə iddialar isə qurumun imicinə ən ağır zərbədir. Fikrimizcə, birlik rəsmiləri bu barədə ciddi düşünməli və vətəndaşları narahat edən nöqsanları aradan qaldırmalıdırlar. Əks halda bütün bunlar yaxşı heç nə vəd etmir…