SON XƏBƏR

“Azəriqaz”a ittiham – Yeni sayğac quraşdırılanda abonent “borclu” çıxarılır

Mart 16
18:28 2023
Cəlilabad rayon sakinlərinin xeyrinə çıxarılmış məhkəmə qərarı yerinə yetirilmir.

İki qonşu eyni gündə 2072 manat cərimə olunub. Səbəb kimi isə sayğaca müdaxilə göstərilib. Abonentlər sonradan "Azəriqaz” ASC-ni məhkəməyə verib, iddia ilə razılaşmadıqlarını bildiriblər. Məhkəmə də aktın əsassız olduğunu üzə çıxararaq istehlakçıların xeyrinə qərar verib. Buna baxmayaraq hələ də abonentlər cərimə ödəyirlər.

Hadisə Cəlilabad rayonunda baş verib. Rayonun Göytəpə şəhər Nəriman Nərimanov küçəsinin sakinləri Bayram Cabbarov və İsaxan Şirinovun Bizim.Media-ya bildiriblər ki, qaz sayğaclarının istismar müddəti başa çatdığı üçün Lənkəran Reqional Qaz İstismarı İdarəsi Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən yenisi ilə əvəzlənib.

Bundan sonra sayğaca müdaxilə olunduğu iddia edilərək akt tərtib olunub. İsaxan Şirinov deyir ki, on ildir eyni sayğacı saxlamışdılar, dəyişmirdilə:

"Artıq yarasız vəziyyətə düşdüyü üçün gəlib dəyişdilər. Dedilər ki, hər şey qaydasındadır”.

Bir müddətdən sonra abonentin mənzilinə müasir tipli smart sayğacı quraşdırılıb. İsaxan Şirinov deyir ki, təzə sayğacı quraşdıranda dedilər ki, sizin 1036 manat borcunuz var. Etiraz etsəm də məhəl qoymadılar. Mən də məhkəməyə mürciət etdim.

Eyni problemlə qonşusu Bayram Cabbarov da qarşılaşıb. Borcunun bayramqabağı hələ də silinməmsindən narahat olan Bayram Cabbarov gileylənir ki, sayğacımızı dəyişiblər, sonra da deyirlər ki, 1036 manat borcunuz var:

"Haradan çıxdı bu borc özüm də bilmirəm. Köhnə sayğacı açanda "heç borcunuz var” demədilər”.

Cəlilabad Rayon Məhkəməsi dekabr ayında hər iki şikayətçinin işinə baxaraq borcun silinməsi haqqında qərar verib. Amma "Azəriqaz” nədənsə məhkəmənin qərarına bu günə qədər əməl etməyib.

Qonşular deyir ki, məhkəmə qərarından sonra borc silinmədiyi üçün ödədiyimiz qaz pulunun bir hissəsi borcun əvəzinə bizdən tutulur.

"Azəriqaz”dan isə bildirdilər ki, sözügedən məsələ ilə bağlı araşdırma aparılıb. Həqiqətən də sözügedən abonentlərin məhkəmə tərəfindən borcları silinib.

Lakin abonentlər məhkəmə qətnaməsini qurumun hüquq departamentinə təqdim etməyiblər. Abonentlər həmin qətnamələri təqdim edən kimi problem həllini tapacaq.

Mənbə: Bizim,Media
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook