SON XƏBƏR

“Azəriqaz” baş direktorunun müavini ağır qəza törətdi - 1 nəfər ölüb

Yanvar 09
10:40 2025
Heydər Əliyev prospektində hava limanı istiqamətində hərəkətdə olarkən ehtiyatsızlıqdan piyadanı vuran Abdullayev Nail Fuad oğlu "Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini vəzifəsində işlədiyi bildirilir

Yanvarın 7-də Sabunçu körpüsü yaxınlığında "Mercedes” markalı 77 YD 054 nömrə nişanlı avtomobilin 40-45 yaşlarında piyadanı vurması və nəticədə həmin şəxsin ölməsi ilə bağlı xəbər ölkədə fəaliyyət göstərən media orqanlarında yayımlandı. Məlumatda hadisəni törədən şəxsin 1980-ci il təvəllüdlü Abdullayev Nail Fuad oğlu olduğu və faktla bağlı Sabunçu RPİ-də cinayət işi başladığı da vurğulanır.
 
Hadisəni törədən şəxs Abdullayev Nail Fuad oğlunun sıradan bir vətəndaş olmadığı, yüksək vəzifəli məmur olduğu üzə çıxıb. 

Məlumata görə 7 yanvar tarixində Sabunçu körpüsü yaxınlığında "Mercedes" markalı avtomobillə Heydər Əliyev prospektində hava limanı istiqamətində hərəkətdə olarkən ehtiyatsızlıqdan piyadanı vuran  Abdullayev Nail Fuad oğlu hazırda "Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini vəzifəsində işləyir. 
 
Mənbə:  Azfakt.com
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook