SON XƏBƏR

“Azercell“ soyğunçuluğu davam edir - 2 manatlıq bahalaşma

Noyabr 03
11:05 2025
"Azercell Telekom” MMC daha iki internet paketi üzrə tarifləri artırır.

Qlobal.az AzFakt.com-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Belə ki, qərara əsasən, dekabrın 1-dən "GigaMax” və "GigaMax+” internet paketləri üzrə qiymətlər 2 manat artırılaraq müvafiq olaraq 16,9 manatdan 18,9 manata və 26,9 manatdan 28,9 manata qaldırılıb.

Bununla yanaşı tariflər üzrə müvafiq olaraq indiyədək mövcud olan 1 və 7 mb/s maksimal sürət limitləri aradan qaldırılır.

Tariflər üzrə müvafiq olaraq təqdim edilən 60 və 80 GB internet həcmi isə olduğu kimi qalıb.

Eyni zamanda dekabrın 1-dən etibarən "GigaMax” və "GigaMax+” internet paketlərə yeni qoşulmalar dayandırılır.

Göstərilən tarixədək bu paketləri aktivləşdirən abunəçilər mövcud abunəliklərini ləğv edənədək xidmətlərdən istifadəni davam etdirə biləcəklər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook