Azercell Ramazan bayramında müştərilərini ələ saldı - FOTO
Aprel 15
15:17
2022
Müsəlmanların müqəddəs bayramı olan Ramazan bayramında bir çox şirkətlər müxtəlif kampaniyalar təşkil edirlər. Qiymət endirimləri, hədiyyə paketləri, bonuslar və digər bu kimi təklifləri ilə kampaniya aparan şirkətlər öz PR-larını qurmaqla yanaşı, eyni zamanda insanlara dəstək nümayiş etdirirlər.
Lakin elə şirkətlər də var ki, onların insanlara-müştərilərə dəstək adı altında apardıqları kampaniya birmənalı qaşılanmır.
Qlobal.az xəbər verir ki, Azercell-in Ramazan bayramında müştərilərinə göndərdiyi tarif hədiyyəsi sosial şəbəkələrdə lağlağı obyektinə çevrilib.
Belə ki, Azercell Ramazan bayramı münasibətilə bəzi müştərilərinə 2 gb internet hədiyyə edib. Ancaq şirkətin hədiyyə etdiyi bu paketdən 02.05.2022-ci tarixədək yalnız 00.02-dən 00.06-dək yararlanmaq mümkündür.
Bəzi sosial şəbəkə istifadəçiləri Azercell-in bu kampaniyasını oruc tutan insanları ələ salmaq kimi dəyərləndirir: "Bu saatlarda oyaq olan insanlar Allaha dualar edirlər".
Azercell şirkəti məsələyə aydınlıq gətirməyib.
Qlobal.az