SON XƏBƏR

Azərbaycanlılara yuxarıdan aşağı baxan səfirin vida mərasimi oldu

Oktyabr 01
18:44 2016
Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun və xanımı Bakıdakı səfirlikdə vida mərasimi tərtib ediblər. Mərasimdə Bakıdakı diplomatik korpusun təmsilçiləri, media rəhbərləri, ictimai xadimlər , millət vəkilləri və Azərbaycandakı türk iş adamları iştirak ediblər. 

Alper Coşkun vida nitqi söyləyib. Bakıdakı diplomatik korpus adından Rusiyanın səfiri Doroxin çıxış edib və səfirə vida hədiyyəsi olaraq, foto-peyzaj təqdim edib. 

Sonra tədbir musiqi proqramı və yeməklə davam edib. 

Qeyd edək ki, İsmail Alper Coşkun 2012-ci ildən Azərbaycanda səfir olaraq  çalışır. Onu bu vəzifədə Erkan Özoral əvəz edəcək. (Musavat.com)
 
Xatırladaq ki, bir müddət öncə Elchi.az saytının yazdığına görə səfir İsmayıl Alper Coşqun təkcə Türkiyə səfirliyində çalışan Azərbaycan vətəndaşlarına deyil, bütövlükdə azərbaycanlılara yuxarıdan aşağı baxıb. 
 
Məlumatda vurğulanırdı ki. hər zaman Türkiyə səfirlərindən və səfirlikdə çalışan diplomatlardan sayğı və ehtiram görən azərbaycanlılar öncə səfirin yeni gəldiyini və müəyyən müddətdən sonra hər şeyin öz axarına düşəcəyini düşünüblər. Lakin gözləntilər özünü doğrultmayıb. İsmayıl Alper Coşqunun bu yanaşması türk diplomatlarının da narazılığına səbəb olub. Türkiyə səfirinin azərbaycanlılara Amerikalı ədası ilə yanaşması səfirlikdəki atmosferə də təsir göstərib.

Əldə etdiyimiz məlumata görə, İsmayıl Alper Çoşqunun fəaliyyəti dövründə diplomatik nümayəndəliyin əsas yükü Səfirliyin müşaviri xanım Meral Barlas çiyinlərində olub.
 
Səfirlikdə çalışanlar yeni səfirin gəlişini səbirsizliklə gözləyir və hər şeyin əvvəlki axarına qayıdacağını düşünürlər.
 
Qlobal.az 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook