SON XƏBƏR

Azərbaycanlılar davamlı olaraq Rusiyaya gedirlər - ARAŞDIRMA

Aprel 09
11:27 2019
Rusiyada 2018-ci ildə miqrasiya artımı 2005-ci ildən bəri ən aşağı həddə olub, Azərbaycanla mübadilədə miqrasiya artımı cüzi artıb.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, bunu Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının Rusiya əhalisinin sosial-iqtisadi vəziyyəti və rifahının monitorinqinin yeni buraxılışındakı məlumatlar göstərir.

Araşdırmaya görə, Rusiya əhalisinin miqrasiya artımı ilin yekununda 124,9 min nəfər təşkil edib. Uzunmüddətli miqrasiyanın rusiyalıların təbii azalmasını kompensasiya edə bilmədiyi göstərilir. Sonuncu halda yalnız 57,2% kompensasiya edilib.

Miqrasiya artımının azalması 2018-ci ildə Rusiyadan gedişlərin artması nəticəsində baş verib: onların sayı əvvəlki ilə nisbətən 16,9% artıb. Əksinə, gələnlərin sayı 4% azalıb. Miqrasiya artımının azalması Azərbaycan (8,7 min), Ermənistan (14,4 min) və Türkmənistan (3 min) istisna olmaqla, bütün ölkələrlə mübadilədə baş verib. Bu ölkələrlə də artım az olub. Digər tərəfdən, daha çox Ukrayna (14,8 min) və Özbəkistan (6,8 min) ilə mübadilədə artım azalıb.

Miqrantlar üçün ən cazibədar məkan yenə də Moskva şəhəri və Moskva vilayətidir. Bu bölgənin əhalisi hər il miqrasiya hesabına, təxminən, 200 min nəfər artır.

Rusiyada müvəqqəti miqrantların sayı ilin sonunda 9,7 milyon nəfər təşkil edib ki, bu da 2017-ci ilin göstəricisi ilə eynidir. Daxil olan əcnəbilərin əksəriyyəti mütəmadi olaraq MDB ölkələrinin vətəndaşlarıdır (84%-dən 86%-ə qədər). 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook