SON XƏBƏR

Azərbaycanlı tələbə “ASAN” Xidmətlə bağlı ABŞ-da dissertasiya müdafiə etdi (FOTO)

İyun 18
06:19 2016
Azərbaycanlı tələbə Əlikram İsayev dünyanın məşhur ali məktəblərin biri olan Harvard Universitetində "ASAN” Xidmət haqqında dissertasiya müdafiə edib.
 
Əlikram İsayev magistr dissertasiyasında "ASAN” xidmətin innovativ ictimai xidmət modeli kimi təfərrüatı ilə təqdim edib.  "ASAN” Xidmətin fəaliyyəti ilə yaxından tanış olan amerikalı alimlər bu xidməti yeni model kimi dəsrliklərə də əlavə etməyi təklif ediblər.
 
Dissertasiyanın təqdimatı zamanı "ASAN” Xidmətin cəmiyyətə faydalılığı və şəffaflığı amerikalı alimlərin marağına səbəb olub, hətta məşhur Universitetin dərslik proqramına salınmasını da düşünürlər.
 
"ASAN” xidmətin dissertasiya olaraq Harvard Universitetində təqdimatında sonra həm həmin Universitetdə, həm də Massaçusets ştatının digər Universitetlərinin professorları innovativ xidmət modeli kimi "ASAN” modelindən öz mühazirələrində geniş istifadə ediblər.
 
Qeyd edək ki, Əlikram İsayev bu il Harvard universitetini müvəffəqiyyətlə bitirən ən gənc azərbaycanlı məzundur.
 
Əlikram Tofiq oğlu İsayev 1990-cı ilin mayın 7-də İmişli şəhərində dünyaya gəlib.
 
2007-2011 Bakı Dövlət Universiteti "Beynəlxalq münasibətlər və beynəlxalq hüquq” fakültəsini fərqlənmə ilə bitirib. 2009-cu ilin iyun-avqust aylarında Harvard Universitetində yay dərsləri proqramında iştirak edib. 2013 yanvar ayından Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrasının təhlili işinə cəlb edilib.
 
Əlikram "2007-2015-ci illər Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” xətti ilə Harvard universiteti C. Kennedi məktəbi, İctimai-Siyasət fakultəsinin magistr dərəcəsinə daxil olub.(Aztoday.az)
 
Qlobal.az
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook