Azərbaycanlı rəssamın əsərləri ABŞ-da
Oktyabr 26
12:07
2015
ABŞ-ın Miçiqan ştatında "Arte De Mundo” adlı yeni qalereyada beynəlxalq sərgi açılacaq. Axar.az xəbər verir ki, sərgidə azərbaycanlı rəssam Mehriban Əfəndinin də bir neçə əsəri nümayiş olunacaq.
M.Əfəndi üç ildir qalereyanın rəhbəri, amerikalı rəssam Virginia Jemenes ilə əməkdaşlıq əlaqələri qurub. Həmvətənimizin əsərləri qalereya ilə bağladığı müqaviləyə əsasən ABŞ-da "Dünya rəssamlığı” mövzusunda təşkil olunan sərgilərdə nümayiş olunur.



