SON XƏBƏR

Azərbaycanlı rejissor Moskvada “İlin adamı” seçildi

Noyabr 20
12:30 2019
Noyabrın 18-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində STMEQİ Beynəlxalq Xeyriyyə Fondu tərəfindən təsis edilmiş Sergey Vaynşteyn adına "İlin adamı” mükafatının təqdimetmə mərasimi keçirilib. 

Qaynarinfo xəbər verir ki, sözügedən mükafatın laureatları arasında Azərbaycan kinorejissoru Rüfət Əsədov da olub. O bu mükafata Azərbaycan-yəhudi münasibətlərinin inkişafına, dağ yəhudilərinin tarixinin və mədəniyyətinin qorunub saxlanılması və inkişafına görə layiq görülüb. 

R. Əsədov  dağ yəhudiləri haqda 3 sənədli filmin ( "Quba yəhudiləri”, "Kənddə sonuncu yəhudi”, və "Peyğəmbər Yereminin göz yaşları”)  müəllifidir.  Bu filmlər dəfələrlə İsraildə, Avropada və ABŞ-da müxtəlif kinofestivallarda və tədbirlərdə nümayiş etdirilib, ölkəmizə nüfuzlu mükafatlar gətirib. 

Qeyd edək ki, sözügedən mükafatın təqdimatı  Dağ-Yəhudi icması üçün ilin ən vacib hadisələrindən biri hesab edilir. Mükafat  2015-ci ildə təsis edilib və  indiyə qədər Dağ-Yəhudi mədəniyyətinin, tarixinin, dilinin və adət-ənənələrinin inkişafında və qorunmasında əvəzsiz xidmətlər göstərmiş bir çox tanınmış şəxsə verilib. 







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook