Azərbaycanlı polkovnik oliqarx toyunda ortaya çıxdı
Sentyabr 18
16:37
2016
Türkiyədə tanınmış iş adamı Yaşar Sönmezin qızının toyu olub. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, iş adamının qızı Asiya Sönmez livanlı sevgilisi Ali Kolçmanla evlənib. Toyda Azərbaycan Daxili İşlər Nazirliyinin keçmiş idarə rəisi Gözəl Dəmirov da iştirak edib.
Xəbərdə deyilir ki, 150 nəfər VİP qonağın dəvət olunduğu toy mərasimində nikah şahidliyini "Prensess" şirkətlər qrupunun rəhbəri Sudi Özkan edib, müğənni Elif Kaya qonaqları əyləndirib.
Gözəl Dəmirova gəldikdə isə o, 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir. Dəmirov haqda bunlar məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda biznes işləri var. Dəmirovun "Fənərbağça" klubunun prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.
Bir müddət əvvəl mətbuatda belə xəbərlər yayılmışdı ki, G. Gəmirova görə "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovu polis saxlayıb. Çünki G.Dəmirovun ona təşkil etdiyi silah gəzdirmə icazəsi saxta çıxıb.

Qlobal.az