SON XƏBƏR

Azərbaycanlı olduqlarını öyrənincə inanmayacağınız 5 məşhur - FOTOLAR

İyul 12
11:31 2016
Vətənimiz Azərbaycanın çox acılı bir keçmişi olduğu hamımız bilirik. Gülüstan və Türkmənçay müqavilələri, Azərbaycan Xalq Cumhuriyyətinin quruluşu və çox qısa sürən ömrü, Sovet Rusiyasının Azərbaycanı işğalı və özü ilə birgə gətirdiyi qəddar repressiya siyasəti. Bütün bunlar müəyyən vaxtlarda Azərbaycanda doğulmuş insanların başqa ölkələrə üz tutmasına səbəb olmuşdur. Azərbaycanda doğulan bu insanlar, yaşadıqları müxtəlif ölkələrdə böyük uğurlar qazanıblar. Gəlin, onları birlikdə tanıyaq!
 


1) Fransız yazıçı olaraq bilinən Banine 
 
Tam adı Ümbülbanu Əsədullayeva olan bu xanım, 18 Dekabr 1905-ci ildə, Bakı şəhərində anadan olmuşdur. Babası Bakı milyonçusu Musa Nağıyev olan Ümbülbanunun atası Mirzə Əsədullayev isə həm iş adamı, həm də siyasətçi idi. 1920-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Ümbülbanunun atası Mirzə Əsədullayev AXC-nin ticarət və sənaye naziri olduğu üçün təqiblərə məruz qalır və həbs edilir. Mirzə Əsədullayev həbsdən çıxan kimi Fransaya üz tutur. Onun ardınca isə qızı Ümbülbanu Fransaya mühacirət edir. Parisdə bir moda evində modelliklə başlayan mühacirət həyatı, fransız yazıçı olaraq 23 Oktyabr 1992-ci ildə başladığı yerdə sonlanır. 

 

2) Musa Manarov
 
22 mart 1951-ci ildə Bakı şəhərində anadan olan Musa Manarov dünya tarixinə adını kosmosda 1 il yaşayan ilk insan olaraq yazdırmışdır. 

 

3) Fransız aktyor Robert Hossein
 
Dekabr 1927-ci ildə Parisdə dünyaya göz açan Robert Hossein yəhudi əsilli azərbaycanlıdır. Azərbaycana səyahəti zamanı "Fəxr edirəm ki, bu millətin bir hissəsiyəm” deyən məşhur Fransız aktyor Robert Hosseinin atası Səmərqənddə yaşayan azərbaycanlı musiqiçi-bəstəkar Əmənulla Hüseynov olub.

 

4) Nobel mükafatçısı Lev Landau
 
1908-ci il yanvar ayının 9-da Bakı şəhərində, yəhudi ailəsində dünyaya gəlib. 1922-ci ildə cəmi 14 yaşında ikən Bakı Dövlət Universitetinə qəbul olunmuşdur. Daha sonra təhsil həyatını müxtəlif ölkələrdə davam etdirən Lev, 1962-ci il yanvar ayının 7-də özünü asmağa cəhd göstərmiş gənc aspirant tələbəsini tənbeh eləməyə yollanarkən avtomobil qəzasına düşür. Daha sonra o xəstəxanaya yerləşdirilir. 1962-ci ildə Landaunun yatdığı xəstəxanaya məktub gəlir. Məktubda bu yazılmışdı: "Moskva, Elmlər Akademiyası, professor Lev Landauya, 1 noyabr 1962-ci il. İsveçin Kral Akademiyası Sizi "Kondensasiyalı, xüsusən maye helium mühitində nəzəri işlərinizə” görə Nobel mükafatına layiq görüb. Daimi katib Erik Rudber”



5) Max Black
 
1909-cu ildə Bakıda yəhudi ailəsində anadan olub. 1903-cü ildə Sankt Peterburqda dərc edilən "Sion müdriklərinin protokolları” adlı mətnlər toplusu bütün Rusiyada, eləcə də Azərbaycanda antisemitizm hissləri yaymışdı. Bundan qorxan Lyonel Çernıy (Black) ailəsi ilə əvvəl Parisə, sonra isə Böyük Britaniyaya köçdü və "Black” soyadını qəbul etdi. Kembric universitetinə qəbul olan Maks, orada Bertran Rassel və Lüdviq Vitqenşteyndən dərs aldığı zamanlarda onda riyaziyyat fəlsəfəsinə böyük maraq oyandı. 1936-cı ildən London Universitetində dərs deməyə başlayan Maks, 1939-cu ildə doktoranturanı bitirmiş və sonrakı il ABŞ-a köçmüşdür. O dünyada analitik fəlsəfə sahəsi üzrə araşdırmaları ilə məşhurdur. Maks Black 1948-ci ildə ABŞ vətəndaşlığına keçmiş, 1963-cü ildə Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü seçilmişdir,1988-ci ildə ABŞ-ın Nyu-York ştatının İtaka şəhərində vəfat etmişdir.(hurriyet.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook