SON XƏBƏR

Azərbaycanlı müğənni Hollivuda gedir

Noyabr 08
14:14 2015
Uzun müddətdir sənətdən uzaqlaşan müğənni Nurlan Növrəsli yeni klip çəkdirir.
 
Axşam.az-ın məlumatına görə, sənətçi "Star life” verilişinə açıqlamasında ekran işinə özünün rejissorluq edəcəyini bildirib: "”Vals” adlı mahnım 1 ildir var. Romantik bəstə olduğu üçün qışda, soyuq havada klip çəkdirmək istədim. Rejissora ehtiyacım yoxdur. Yaxın dostlarımın məsləhətinə və öz fikrimə arxayınam. Gələcəkdə həm aktyor, həm də rejissor olmaq istəyirəm. Planımda Hollivuda getmək də var. Aktyorluq dərsləri alacam və filmə çəkiləcəm. Ümidlərim oradı. Çünki burada nə etsən də, kifayət qədər uğur qazanmırsan. Hollivudda isə bir filmə çəkilmək kifayət edir. Film təklifləri almışam. Aktyorluqdan anlayışım olmadığı üçün qərar verməmişəm”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook