SON XƏBƏR

Azərbaycanlı milyonçunun qızları Rusiya vətəndaşlığından çıxarıldı – FOTO

Mart 03
12:18 2022
Rusiya Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları üzrə mütəxəssis Kirill Kabanov "TeenSpirit Studio” şirkətinin rəhbəri Natella Krapivinanın (Əliyeva) Rusiya Federasiyası vətəndaşlığının olub-olmadığını yoxlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.

Məlum olub ki, N.V.Krapivina Rusiyanın vətəndaşlığına qəbul üçün müraciət edərkən onun qanuni nümayəndəsi tam sənədlər paketini təqdim etməyib. Nəticədə N.V.Krapivina və onun bacısı A.V.Əliyevaya Rusiya vətəndaşlığının qəbulu haqqında rəy verilməyib.

Ona görə də, N.V. Krapivina və onun bacısı A.V. Əliyevanın artıq Rusiya vətəndaşı olmadığı bildirilib. Qeyd olunub ki, onların pasportları Rusiyanın qanunvericiliyi ilə müəyyən edilmiş qaydanın pozulması ilə verilmiş kimi tanınıb. Bundan əlavə, yanlış məlumatların verilməsini yoxlamaq üçün araşdırma aparıldığı bildirilib.

Bildirilib ki, bu şəxslərin qanuni nümayəndəsinin Rusiya Federasiyasının vətəndaşlığına qəbul üçün müraciət edərkən özü haqqında yalan məlumat verdiyinə dair əsas var. Bu faktla bağlı da araşdırma aparılır.

Qeyd edək ki, Natella Krapivina Ukraynada yaşayan Azərbaycan əsilli milyonçu Vaqif Əliyevin qızıdır.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook