Azərbaycanlı etirazçılar Qarabağdakı erməniləri aksiyaya qoşulmağa dəvət edib
Dekabr 12
12:35
2022
Şuşada keçirilən aksiyada iştirak edən azərbaycanlı aktivistlər Qarabağdakı erməniləri onlara qoşulmağa dəvət edib.
"Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, hazırda Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirilən aksiya davam edir.
Xatırladaq ki, etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.



